Qərbin planı alt-üst oldu: Gürcüstan Ukraynaya çevrilmədi

Baku TV-də ötən il Gürcüstanda keçirilən parlament seçkisindən əvvəlki, seçki günü və seçkidən sonrakı prosesdən bəhs edən “Şimal-qərb küləyi” adlı sənədli film yayımlanıb.

Seçkiyə qədərki prosesdə böyük güclərin uzun illər Gürcüstan və Cənubi Qafqaz uğrunda gedən mübarizəsindən, müxalifətin Gürcüstanın Avropa İttifaqına və NATO-ya daxil olması istəyindən, həmçinin 2024-cü ilin may ayında “Xarici agentlər haqqında” qanunun, eləcə də LGBT təbliğatını qadağan edən qanunun qəbul edilməsindən sonra Qərbdəki bəzi dairələrdən bu ölkəyə edilən təzyiqlər diqqətə çatdırılıb.

Seçki günündən danışılarkən vurğulanıb ki, seçki məntəqələrində seçicilərin elektron qeydiyyatı və səsvermə sistemi ilk dəfə tətbiq edildi. Məqsəd kənar müdaxilələrin və saxtakarlığın qarşısını almaq idi.

“Mübarizə ədalətli şərtlərlə aparıldı, nəticə isə əvvəlcədən proqnozlaşdırılan kimi oldu. Yəni hakim “Gürcü Arzusu” Partiyası parlament seçkisində qalib gəldi. İki milyondan artıq seçicinin iştirakı ilə baş tutan səsvermədə bir milyondan çox seçici məhz hakim partiyanı seçdi”, – deyə qeyd olunub.

Seçkidən sonrakı prosesdən bəhs edilərkən bildirilib ki, budəfəki seçki Qərbin Gürcüstan hakimiyyətinə total basqıları ilə seçildi. Prezident Salome Zurabişvili insanları etiraz etmək üçün meydana çağırdı:

“Günlərlə, həftələrlə davam edən aksiyalar səngimir, əksinə daha şiddətli hal alır. Parlament seçkisindən prezident seçkisinə qədər olan müddət ərzində etirazçı qüvvələr güc yığmağa başlayır. Güc puldur. Qərbin maliyyəsi ilə təşkil olunan etiraz aksiyaları həm də hesabat xarakteri daşıyır. Konkret təyinatlı qrupları küçəyə çıxarıb kütləvilik görüntüsü yaratmaq Qərbin kiçik bir şousu və ya gözdən pərdə asmaq üslubudur”.

Qərbin planı alt-üst oldu: Gürcüstan Ukraynaya çevrilmədi







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More