Qazaxıstan daha iki AES-in inşasına başlamağı planlaşdırır

“Qazaxıstan yaxın gələcəkdə ikinci və üçüncü AES-in inşasına başlaya bilər”.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev “Ana tili” (“Ana dili”) qəzetinə müsahibəsində bildirib.

O, Qazaxıstana böyük, güclü atom stansiyasının lazım olduğuna əminliyini bildirib.

“Üstəlik, yaxın gələcəkdə ikinci və bəlkə də üçüncü AES-in tikintisini başlayacağımızı istisna etmirəm. Nüvə sənayesi artıq enerji çatışmazlığı yaşayan iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var”, – deyə Qazaxıstan lideri bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More