Salah gələcəyinə aydınlıq gətirdi: “Bu, “Liverpul”dakı son ilimdir”

“Liverpul”un vingeri Məhəmməd Salah niyə bu mövsüm Çempionlar Liqasından daha çox İngiltərə Premyer Liqasını qazanmaq istədiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, “Sky Sports” Salahın sözlərini sitat gətirib.

“Son 7-8 il ərzində verdiyim müsahibələrdə həmişə Çempionlar Liqasını qazanmaq istədiyimi demişəm. Amma ilk dəfədir ki, “Liverpul”la Premyer Liqanı qazanmaq istədiyimi deyirəm. Niyə? Heç bir fikrim yoxdur. Yəqin ki, keçən dəfə qələbəni istədiyimiz kimi qeyd etmədiyimizə görə (“Liverpul” 2019/2020 mövsümündə koronavirus pandemiyası zamanı çempion olub – red.) Həmçinin başa düşürəm ki, bu mənim klubdakı son ilimdir və mən şəhər üçün xüsusi bir şey etmək istəyirəm”, – o bildirib.

Qeyd edək ki, Premyer Liqada 18 matçdan sonra 45 xalı olan “Liverpul” ən yaxın rəqibi “Arsenal”ı 6 xal qabaqlayaraq birinci yerdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More