Tanzaniyalı boksçu nokauta düşərək öldü

Tanzaniyalı boksçu Hassan Mqaya Darüs-Salamda döyüş zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Oxu.Az “sport-express”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) Mətbuat Xidməti məlumat yayıb.

Dekabrın 27-də 29 yaşlı idmançı yüngül çəkidə həmyerlisi Pol Eliasla görüşdə nokautla məğlub olub. Mqaya başına bir neçə zərbə alıb və yıxılarkən boğazında ilişib qalan dilini dişləyib. Boksçuya hadisə yerində tibbi yardım göstərilsə də, ertəsi gün vəziyyəti pisləşib və xəstəxanaya aparılıb, elə oradaca ölüb.

Tanzaniyalı boksçu peşəkar rinqdə doqquz döyüş keçirib. O, üç qələbə və dörd məğlubiyyət qazanıb, daha iki döyüşü isə heç-heçə ilə yekunlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More