Yolun mütəmadi sürüşməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər Səbail rayonu, 17-ci küçə, 3-cü massiv adlanan ərazidəndir. Ərazidə yaşayan sakinlər bildirirlər ki, problem illərdir həll olunmur. Son günlərdə yağıntılardan sonra yolda yenidən sürüşmə baş verib.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həllinə nail ola bilməyiblər.
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qeyri-iş günü olduğundan məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: