Alimlər insanlarda yeni qan qrupu ortaya çıxardılar

Elm adamları yeni bir qan qrupunun olduğunu aşkarlayıblar.

Oxu.Az-ın “ScienceAlert”ə istinadən verdiyi xəbərə görə, 1972-ci ildə baş vermiş müəmmalı hadisə son araşdırmada mühüm elmi irəliləyişlə nəticələnib.

Belə ki, o zaman hamilə qadının qeyri-adi qan qrupuna malik olduğu aşkar edilib və bu, yarım əsrlik araşdırmalara səbəb olub.

Bu anomaliyanın tədqiqi nəticəsində elm adamları nəhayət, yeni bir qan qrupunu ortaya çıxarıblar.

MAL adlı yeni qan qrupu adətən insanların 99,9%-dən çoxunda rast gəlinən və “AnWj” zülal antigeninin olmaması ilə xarakterizə edilir. Bildirilir ki, yenidoğulmuşlarda “AnWj” antigeni olmur. O yalnız doğuşdan qısa müddət sonra özünü göstərir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More