“Azəriqaz” iki günə vətəndaşa 132 manat borc yazdı – ŞİKAYƏT

Vətəndaş qaz istehlakına görə artıq borc yazılmasından şikayətçidir.

Oxu.Az xəbər verir ki, o, sosial mediada etdiyi paylaşımda iki gün üçün 132 manat artıq borc yazıldığını bildirib.

“Yanvarın 1-də qaz üçün 50 manat ödəniş etmişdim, 20 manat borcum qalmışdı. Çekdə də göstərilib. Yanvarın 3-də 152 manatlıq borc yazılan çeki veriblər. Mənim yanvarın 1-i 20 manat borcum var idisə, belə çıxır ki, iki günə 132 manatlıq qaz yandırmışam? Əlavə bu pul niyə yazılır?” – deyə vətəndaş sual edib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanlanıb.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More