Cənubi Koreyanın cənub-qərb sahillərində balıqçı gəmisi saya oturub.
Bu barədə Oxu.Az “Sinxua”ya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb.
Bildirilir ki, yerli vaxtla səhər saat 10:30-da göyərtəsində 22 ekipaj üzvü olan 9,7 tonluq gəmi Seuldan təxminən 410 km cənubda, Sinan dairəsinin inzibati sərhədləri daxilində yerləşən Kaqodo adasında qayalara çırpılıb.
Nəticədə göyərtədəki üç nəfərin ürəyi dayanıb. Xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Qalan 19 balıqçı isə sahil mühafizəsi və yaxınlıqdakı digər gəmilər tərəfindən xilas edilib.