Daşkəsəndə dəmir filizi yataqlarının istismarı və Avropa bazarına çıxarılması üçün bir çox işlər görülüb.
Bunun nəticəsidir ki, 1950-ci ildə Daşkəsəndə ilk dəfə Quşçu-Alabaşlı körpüsü dəmir yolu xətti istifadəyə verilib. 1958-ci ildə Quşçu-Alabaşlı körpüsü stansiyası elektrikləşdirildikdən sonra daşınmalar elektrovozla həyata keçirilib.
1960-cı illərin əvvəllərində isə Kirovabad-Ağstafa stansiyası elektrikləşdirilib və bu yol ona birləşdirilərək daşınmalar Gürcüstanın Kirovabad stansiyasına, oradan isə Rustavi Metallurgiya Zavoduna həyata keçirilib.
Daşkəsən dəmir yolu xətti vasitəsilə sərnişindaşıma da həyata keçrilirdi. Əsasən dəmir filizi yatağında çalışan işçilər bu xətt vasitəsilə gəlib-gedirdilər. Lakin 1994-cü ildən 2017-ci ilə qədər dəmir filizi yatağının fasilələrlə işləməsi, daha sonra öz fəaliyyətini tamamilə dayandırmasından sonra bu xətt üzrə sərnişindaşıma da ləğv edildi. İndi isə geriyə qalan dəmir yolu xətti və üzərində yerləşən stansiyalar acınacaqlı vəziyyətdədir.
Baku TV-nin çəkilişi zamanı məlum olub ki, yararsız hala düşən stansiya binasının divarları uçub, pəncərələri isə sınıq-salxaqdır. Hətta burada yaşayan sakinlər binanı mal-qara saxlamaq üçün istifadə edirlər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapqalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Daşkəsən dəmir yolu xəttinin yenidən bərpası yaxın gələcəkdə nəzərdə tutulmur.
Daha ətraflı videomaterialda: