Danimarka Kralı X Frederik öz gerbini yeniləməyi əmr edib və bu rəmzin yenidən nəzərdən keçirilməsi üçün dərhal komitə yaradıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “News Oresund” nəşri məlumat verib.
Bildirilir ki, rəmzdən XIV əsrdə Kalmar İttifaqı dövründən bəri təsvir olunan və İsveçlə bir çox mübahisələrə səbəb olan üç tac çıxarılıb.
“Üç tac gerbdən çıxarılıb, çünki o artıq aktual deyil və buna görə də münasib hesab edilmir”, – deyə Danimarka Kral Evinin saytında izah edilib.
Bundan başqa, ağ xaçla bölünmüş mərkəzi qalxan yeni dizaynda təqdim olunub: Qrenlandiya (mavi fonda ağ ayı) və Farer adalarının (mavi fonda qızıl buynuzlu gümüşü qoç) gerbləri böyüdülüb, müvafiq olaraq, üçüncü və ikinci sahəni tutub.
Birinci və dördüncü sahədə Danimarka və Cənubi Yutlandiyanın bərabərölçülü rəmzləri var.
Qeyd edək ki, əvvəllər Farer adaları, Qrenlandiya gerbləri və üç tac qalxanın üçüncü sahəsində birlikdə təsvir olunurdu.