Goranboyda silah-sursat aşkarlanıb

Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə ədəd 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 60 ədəd 7.62 kalibirli patron və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.

Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir”, – deyə qurumdan bildirilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More