Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra milli fəallar Təbrizdə İran hökumətinin Azərbaycan və Türkiyəyə qarşı təhqirlərinə cavab olaraq divarlara şüarlar yazıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Məlumata görə, divarlara “Təbriz, azadlığa hazırlaş!”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.
Xatırladaq ki, Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.