İkiqat olimpiya mükafatçısı polis əməkdaşına hücum etdiyinə görə həbs edilib

ABŞ-də 100 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya mükafatçısı Fred Kerli Mayami-Biçdə həbs edilib.

Oxu.Az “SkySports”a istinadən xəbər verir ki, Kerli onunla əlaqəsi olmayan cinayət işinin araşdırıldığı ərazidəki avtomobilinə yaxınlaşmaq istəyərkən polislər ona kənara çəkilməyi məsləhət görüblər. Ancaq idmançı etiraz edib və bundan sonra polis onu kənara itələyib. Kerliyə qarşı tapança tipli elektroşokerdən istifadə edilib və o saxlanılıb.

İdmançı polis əməkdaşına hücum etmək, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir. Kerlinin 29 yaşı var. O, son iki olimpiadada 100 metr məsafəyə qaçışda medal qazanıb – Tokioda gümüş və Parisdə bürünc. Onun dünya çempionatında da üç qələbəsi var.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More