Keniyada kəndə kosmik halqa düşdü

Keniyada buraxılış raketinin bir hissəsi aşkar edilib.

Oxu.Az snob.ru-ya istinadən xəbər verir ki, paytaxt Nayrobinin cənub-şərqində yerləşən Makueni kəndinə səmadan diametri təxminən üç metr və kütləsi təxminən 500 kiloqram olan metal halqa düşüb.

Məlumata görə, hadisə nəticəsində tələfat olmayıb. Lakin bu hadisə sakinlərin narahatlığına səbəb olub.

Keniya Kosmik Agentliyi tapılan obyektin raket daşıyıcısının halqası olduğunu təsdiqləyib. Bildirilib ki, adətən kosmik tullantılar atmosferdə yanır və ya okeana düşür.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More