Kolumbiyanın cənubunda avtobusun uçurumdan aşması nəticəsində azı 13 nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Mariya Konstansa Qarsiya məlumat verib.
“İndiyə qədər səlahiyyətlilər 13 nəfərin öldüyünü, həmçinin 18 yaralının və 1 sərnişinin xəsarət aldığını bildiriblər”, – o qeyd edib.
Avtobus Kali şəhərindən Ekvadorla sərhəddə yerləşən İpiales kəndinə gedirmiş. İlkin məlumatlara görə, nəqliyyat vasitəsi nasaz olub, nəticədə sürücü idarəetməni itirib və avtobus hündürlükdən aşıb.