İsveç millisinin və “Sportinq”in futbolçusu Viktor Qyökereş “Mançester Yunayted”in hədəfindədir.
Oxu.Az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim Lissabon təmsilçisindən yaxşı tanıdığı hücumçunu sərəncamında görmək istəyir.
Mançesterlilər danışıqlara başlamağa hazırlaşırlar. Klub rəhbərliyi “Sportinq”ə 96 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, Qyökereş 2024-cü ildə Portuqaliya çempionatında 36 qola imza atıb.