Ukrayna valyutası tarixi minimuma düşdü

Ukrayna Milli Bankı qrivnanın dollara nisbətdə rəsmi məzənnəsi üçün yeni tarixi minimum müəyyən edib.

Oxu.Az tənzimləyicinin saytında dərc edilən məlumatlara əsasən xəbər verir ki, hazırda bir dolların dəyəri 42,03 qrivnadır (110 rubl).

Lakin real məzənnə adətən rəsmi məzənnəni üstələyir. Məzənnənin aşağı düşməsi bankın idarə olunan çevik məzənnəyə keçməsi və qrivnanın tədricən devalvasiyası ilə bağlıdır.

Ukrayna Milli Bankı 2024-cü ilin dekabrında banklararası valyuta bazarında 5,3 milyard dollar (585,6 trilyon rubl) satıb. Bu məbləğ 2012-ci ildən bəri bütün ictimai müşahidələr tarixində rekord göstəricidir. Tənzimləyici bunu qrivnanın sabitliyini qorumaq üçün edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More