İranın Rusiyaya göndərməyə hazırlaşdığı silah-sursatın yeni görüntüləri yayıldı

İranın “İveco” şassisi əsasında yük maşınları kimi maskalanan və Rusiyaya göndərilmək üçün hazırlanan “Fəth-360” raket qurğuları və “Arman” taktiki raketdən müdafiə sistemlərinin yeni görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, fotoları “Azad İran” “Telegram” kanalı paylaşıb.

Məlumata görə, Rusiyaya bu sistemlərdən əlavə müəyyən optik-elektron sistem də veriləcək.

Bildirilib ki, silahlar arasında İranın “Sepehr-14” optik-elektron izləmə və atəşə nəzarət sistemi də var. Bu cür sistemlərin mənfi cəhəti isə pis hava şəraitində işləməməsidir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More