İsrail Dəməşqə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin cənub-qərbində keçmiş Suriya ordusuna məxsus silah anbarlarına raket zərbələri endirib.

Oxu.Az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, Əl-Kisvanın kənarında güclü partlayış səsləri eşidilib.

Tələfat və maddi zərər barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 4-də Latakiya yaxınlığındakı hərbi obyektlər İsrailin bombardmanlarına məruz qalıb. Yanvarın 3-də isə Hələb yaxınlığındakı Safira bölgəsindəki müdafiə müəssisələri və sursat anbarlarına, eləcə də Əs-Suveyda əyalətindəki Xalxal hərbi aerodromuna havadan reydlər həyata keçirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More