ABŞ Suriyaya qarşı sanksiyaları yüngülləşdirməyi planlaşdırır

ABŞ humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün Suriyaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır.

Oxu.Az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ-li rəsmilərə istinadən xəbər yayıb.

Bildirilir ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası öz qərarını yanvarın 6-da elan edəcək.

Bununla belə, restriksiyalar ləğv olunmayacaq. Mənbədən vurğulanıb ki, Ağ Ev yeni liderlərin hərəkət istiqaməti daha aydın olana qədər Suriyaya qarşı geniş sanksiyaların ləğvi məsələsində ehtiyatlı olmaq qərarına gəlib.

Hazırda ABŞ Maliyyə Nazirliyinə Suriyada su təchizatı, elektrik təchizatı və digər humanitar yüklər kimi əsas xidmətlər göstərən qrup və şirkətlərə vergi azadlığı üçün icazə verməyə hazırlaşır. Bu tədbir altı ay müddətində qüvvədə olacaq və humanitar yardım təchizatçılarını hər bir halda icazə almaq zərurətindən azad edəcək. Ancaq Suriya hakimiyyəti tədarüklərin təyinatı üzrə istifadə olunacağına zəmanət verməlidir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More