Bakıda və bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə yanvarın 6-sı günün birinci yarısında küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Füzuli, İmişli, Saatlı, Sabirabad, Salyan, Beyləqan, Ağcabədi, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Daşkəsən, Gəncə, Göygöl, Samux, Şəmkir, Mingəçevir, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Neftçala, Hacıqabul, Şəki, Zaqatala, Qax, Qobustan, Şabran, Xaçmaz, Siyəzən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More