İngiltərə klubu “Qalatasaray”ın gənc ulduzu üçün 15 milyon avro təklif edib

İngiltərənin “Everton” klubu “Qalatasaray”ın gənc ulduzu Yunus Akgün üçün 15 milyon avro təklif edib.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, 2019-cu ildə dəyəri 450 min avro olan Yunus Akgün hazırda isə Türkiyənin ən dəyərli 21-ci futbolçusudur (11 milyon avro).

“Qalatasaray” rəsmiləri Yunus Akgünün transferi üçün minimum 20 milyon avro tələb edirlər.

Qeyd edək ki, Yunus Akgün bu mövsüm “Qalatasaray” forması ilə 24 oyunda meydana çıxıb, 11 qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More