İranda 4,5 bal gücündə zəlzələ olub

İranın cənub şərqində yerləşən Kirman əyalətində zəlzələ baş verib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Rixter şkalası üzrə 4,5 bal gücündə zəlzələ səhər saat 7:24 radələrində qeydə alınıb.

Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More