Kənan Mirzəyev: “Petkim” hazırda dünyanın 48 ölkəsinə ixracat həyata keçirir”

“Petkim”in özəlləşdirilməsi “SOCAR Türkiyə” üçün əlavə imkanlar açıb. “Petkim” Türkiyənin ilk və tək inteqrasiya edilmiş neft-kimya müəssisəsi statusuna sahibdir”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri “SOCAR Türkiyə”nin Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev İstanbulda keçirilən illik mətbuat konfransında deyib.

Kənan Mirzəyev “Petkim”in ölkə bazarında xüsusi yeri olduğunu qeyd edib:

“Petkim” hazırda dünyanın 48 ölkəsinə ixracat həyata keçirir. Digər tərəfdən, şirkət Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacın 10.8 faizini qarşılayır. Belə ki, 15 istehsal müəssisəsinin 3.6 milyon ton istehsal gücü var. Eyni zamanda, bu şirkətlərdə 60-a yaxın məhsul istehsal olunur. Ümumilikdə burada 5 000 nəfərdən çox insan çalışır”, – Kənan Mirzəyev qeyd edib.

Söhrab İsmayıl

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More