Zelenski atəşkəsin şərtini açıqladı

Ukrayna Rusiyanın gələcək hücumlarını dəf etmək üçün silahla təmin olunmaq şərti ilə atəşkəslə razılaşacaq.

Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski podkastçı Leks Fridmana müsahibəsində deyib.

“Atəşkəs işə yarasa, heç kim bu silahlardan istifadə etməyəcək. Lakin ABŞ-yə hörmətimizə baxmayaraq, əvvəlki kimi deyil, silahlar qalmalı olacaq”, – o bildirib.

Onun sözlərinə görə, o, münaqişənin başlanğıcında Qərbin silah təchizatının azalması ilə bağlı vəziyyətin təkrarlanmasını istəmir. Zelenski, həmçinin vurğulayıb ki, Ukrayna NATO-ya qoşularsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə biləcək. O qeyd edib ki, bu barədə razılaşmaq olar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More