Almaniyada banka basqın edən şəxs saxlanıldı

Almaniyanın Rimbax şəhərində banka basqın edən şəxs saxlanılıb. Girov azad edilib, polis əməliyyatı başa çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanları jurnalistlərə məlumat verib.

Hazırda cinayətkar dindirmə üçün polis bölməsinə aparılıb.

Girovla həkimlər və psixoloqlar məşğul olur.

Almaniyada silahlı şəxs banka daxil olaraq, bir qadını girov götürüb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yerli polis “X”də görüntülər yayıb.

Bildirilir ki, hadisə Hessen federal əyalətində “Volksbank” filialında qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Kişinin tələbləri hələ məlum deyil.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More