Bakı metrosunda PROBLEM: Sərnişin relsin ÜZƏRİNƏ DÜŞDÜ

Bakı metropoliteninin “Ulduz” stansiyasında sərnişinin relsin üzərinə düşməsi saat 21:30-da baş verib.

Bu barədə Oxu.Az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar “Nərimanov” stansiyasından elektrik deposuna yola salınıb.

İnsidentlə əlaqədar Yaşıl və Qırmızı xətlər üzrə qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb.

Sərnişinə ilkin tibbi yardım göstərildikdən sonra o, tibb müəssisəsinə aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman bir nəfər relsin üzərinə düşüb.

Bu barədə Oxu.Az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində şəxs ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Qeyd edilib ki, hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.

Mətbuat Xidmətindan həmçinin bildirilib ki, müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.

Bakı Metropoliteninin “Dərnəgül – Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarında problem yaranıb.

Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Bildirilib ki, metronun “Ulduz” stansiyasında qatar dayandırılıb:

“Sərnişinlər qatardan düşürüldü. 15 dəqiqədir, gözləyirik. İddia olunur ki, sərnişinlərdən biri relslərin üzərinə yıxılıb”.

Qeyd edək ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlanıb.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More