Bakının mərkəzində yeni təmirdən çıxan küçə yenidən qazılır

Bakının mərkəzində yerləşən Mirzəağa Əliyev küçəsində yenidən qazıntı işləri aparılır.

Oxu.Az xəbər verir ki, buna səbəb yol kənarında piyadaların rahat hərəkət edə bilmələri üçün səki salınmasıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

“M.Əliyev küçəsinin sözügedən hissəsində əvvəldən səki yox idi. Vətəndaşların müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) layihə hazırlayıb. Həmin layihə əsasında yolun səki olmayan, təxminən 300 metrlik hissəsində səki inşa olunur”, – deyə A.Nəcəfli bildirib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More