“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo hazırkı klubundan ayrılmaq qərarına gəlib.
Oxu.Az “Todofichajes”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Kataloniya klubunun rəhbərliyinin qeydiyyatla bağlı məsələni həll edə bilməməsindən qəzəblənib. Dani Olmo buna görə də “Barselona”dan ayrılıb.
Xatırladaq ki, Dani Olmo 2024-cü ilin avqustunda Almaniyanın “Leypziq” klubundan “Barselona”ya 60 milyon avro qarşılığında transfer olunmuşdu. Futbolçu bu müddət ərzində “kataloniyalılar”ın heyətində meydana çıxdığı 15 oyunda altı məhsuldar ötürmə, bir qolla yadda qalıb.
Qeyd edək ki, Dani Olmonun “Transfermarkt” portalındakı transfer dəyəri 60 milyon avro olaraq göstərilir.