Tibetdə 7.1 bal gücündə dəhşətli zəlzələ – Ölənlərin sayı 50-ni keçdi

Tibetdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.

Qeyd edilib ki, zəlzələnin episentrinin yerləşdiyi Tinqri bölgəsində 1000-dən çox evdə dağıntı qeydə alınıb.

Tibetdə baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Xinxua” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 38 nəfər xəsarət alıb.

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində azı 9 nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, 7.1 bal gücündə zəlzələ Şiqadze şəhərinin yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.

Çinin cənub-qərbindəki Tibet Muxtar Rayonunda, Nepalla sərhəddə 7.1 maqnitudalı zəlzələ olub.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km aralıda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilməyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More