“Biz kolonializmlə mübarizə aparırıq. Bunun Fransa xalqı ilə heç bir əlaqəsi yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, Fransanın prezidenti Emmanuel Makron insan hüquqlarından danışırsa, ölkəsinin işğal etdiyi 13 ərazidə yaşayan xalqların fundamental hüquqları niyə təmin edilmir:
“Fransanın Təhlükəsizlik və Müdafiə Baş Departamenti VIGINUM-un BTQ ilə bağlı hesabatı qərəzlidir. Çünki bizim fəaliyyətimiz bilavasitə müstəmləkə xalqlarının azadlıq mübarizəsinə dəstək xarakterlidir. Bizim müstəmləkə ərazilərindəki fəallarla əməkdaşlığımız bilavasitə neokolonializm siyasətinə qarşıdır”.
Mərahim Nəsib