ABŞ-də cinsi oriyentasiyasına görə tərxis edilən 30 mindən çox veteranla bağlı qərar verildi

ABŞ-də silahlı qüvvələrdən tərxis olunan ordunun veteranları fəxri statusa yüksəldiləcəklər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” nəşri Pentaqona istinadən məlumat verib.

Söhbət keçmişdə cinsi oriyentasiyasına görə ABŞ ordusundan tərxis edilmiş 30 mindən çox veterandan gedir. Təqaüdçü statusunun fəxri dərəcəsinə yüksəldilməsi onların tibbi və digər imtiyazlar almaq hüququnu təmin edəcək.

Nəşr xatırladıb ki, bu qərar 2023-cü ildə açılmış kollektiv iddianın nəticəsi kimi verilib. İddiaçılar bildiriblər ki, ABŞ silahlı qüvvələrinin rəhbərliyi hərbi qulluqçuların lazımi proses və bərabər müdafiə ilə bağlı konstitusiya hüquqlarını pozublar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More