Azərbaycanlı zabitin MEYİTİ TAPILDI

Rusiya ordusunda xidmət edən azərbaycanlı zabitin meyiti tapılıb.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Məhəmmədqulu Sabir oğlu Səmədov bu ilin avqust ayında itkin düşüb. Onun haqqında xəbər almaq mümkün olmayıb.

1967-ci ilin iyun ayının 21-də Salyan rayonunda anadan olmuş kəşfiyyatçı zabitin meyiti bu gün tapılıb. Onun nəşinin Rostov vilayətindəki morqda olması məlum olub.

Qeyd edək ki, həlak olan həmyerlimiz “Sibir Mamed” ləqəbi ilə tanınıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More