“Bornmut” klubunun futbolçusu ayağı sındığı üçün mövsümü başa vurub

İngiltərə Premyer Liqasının təmsilçisi “Bornmut”un futbolçusu Evanilsonun ayağı sındığı üçün mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat olunan Braziliya millisinin üzvü bərpa prosesinə başlayıb.

Onun ayağı Premyer Liqanın XX turunda keçirilən “Everton”la matçda sınıb.

Qeyd edək ki, 25 yaşlı hücumçu “Bornmut”a cari mövsümün əvvəlində 37 milyon avroya Portuqaliyanın “Portu” kollektivindən keçib. Bu, İngiltərə klubunun tarixində ən bahalı transfer olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More