İranda yeni radar istifadəyə verilir: Qonşu ölkələrin səması müşahidə ediləcək

İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət göstərə biləcək “Nəzir” adlı yeni radar yerləşdirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı “Iswnews”a istinadən xəbər verir.

Məlumata görə, radar sistemi 30 km-dən çox hündürlüyə qədər hədəfləri aşkar etmək qabiliyyətinə malikdir.

“Nəzir” radarı Ermənistan və Türkiyənin şərqinin böyük hissəsini, Gürcüstanın əksər bölgələrini, Türkmənistanın qərb hissəsini, Qazaxıstanın cənub-qərbinin bir hissəsini, eləcə də Xəzər dənizinin səmasını müşahidə edəcək.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More