İtaliyanın “Milan” klubu hücumçu Markus Raşford üçün İngiltərə təmsilçisi “Mançester Yunayted”ə təklif göndərib.
Oxu.Az xəbər verir ki, Milan klubu ingiltərəli futbolçunu qış fasiləsində heyətinə qatmağı hədəfləyib.
“Milan” artıq “Mançester Yunayted”ə futbolçunu satınalma hüququ da daxil olmaqla icarəyə götürməyi təklif edib. 27 yaşlı hücumçu ilə Almaniyanın “Borussiya” (Dortmund) klubu da maraqlanır.
Qeyd edək ki, M.Raşfordun Mançester komandası ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.