Paytaxtda küçədən meyit TAPILDI

Bakıda küçədən naməlum kişi meyiti tapılıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Mahir Əlmərdan oğlu Əmrahov olması müəyyən edilib.

Onun üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More