Tərtərdə dəhşətli qəza – İki nəfər öldü, biri körpədir

Tərtərdə traktorla minik maşını toqquşub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi “Belarus 82” markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi VAZ-2101 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan “Belarus 82” markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More