“BakıKart”ın internet səhifəsi bərpa edilib? – Rəsmi AÇIQLAMA

“BakıKart”ın internet səhifəsi bərpa edilib”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O bildirib ki, artıq vətəndaşlar rahat şəkildə “BakıKart”dakı hesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə, eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.

“Qeyd edək ki, “BakıKart”dakı hesablar və oradakı vəsaitlər silinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarında olan vəsaiti “BakıKart” fiziki kartlarına köçürə, balanslarını artıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər”, – deyə mətbuat katibi vurğulayıb.

Xatırladaq ki, ötən ilin avqust ayından “BakıKart” tətbiqinin və veb-saytının fəaliyyətində problem yaranıb.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More