Bayram günü kafedə tanımadığı şəxsi döydü

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Uğur Bəşirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə U.Bəşirov 2 il 1 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

İttihama görə, hadisə 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən kafedə qeydə alınıb.

Belə ki, Uğur Bəşirov obyektdə müştəri qismində olarkən əvvəllər tanımadığı Osman Osmanlı (şərti) ilə mübahisə edib. Bu zaman o, zərərçəkmişin sifət nahiyəsindən yumruqla zərbə endirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More