“Ucuzdur deyib, internet resurslarında bazar dəyərindən aşağı qiymətə satışa çıxarılan əşyalara görə pul ödəməyin. Aldadırlar.”
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, düşünün ki, dəyəri 3000-5000 manat olan əşyanı sizə 1000-1300 manata təklif edilirsə, bu, tələdir:
“Naftalanda polis bu işlə məşğul olan 2 şübhəlini saxlayıb. Zərərçəkmişlər var”.