Çadın paytaxtı Ncamenada prezident sarayına hücum edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Çad hökuməti məlumat yayıb.
Bildirilib ki, ümumilikdə hücum zamanı 19 nəfər ölüb. Onlardan 18-i hücum edən şəxs olub.
Saraya tanklar və çox sayda polislər cəlb ediliblər.
Şəhər sakinləri Çad prezidenti Mahamat İdriss Debi İtnoya dəstək üçün mitinqə hazırlaşırlar.
Çadda silahlı şəxslər prezidentin paytaxt Ncamenadakı sarayına hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, “Boko Haram” terrorçularının hücumu dəf edilib. Hücum zamanı ölkə prezidenti sarayda olub.
Qeyd olunur ki, paytaxtda vəziyyət hökumət qoşunlarının nəzarəti altındadır. Sarayın yaxınlığında baş verən atışma nəticəsində ölən və yaralananlar var, onların sayı dəqiqləşdirilir.