“Haber Global”da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib

Türkiyənin “Haber Global” telekanalında Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin mətbuatda Britaniya kəşfiyyatı ilə əlaqələrinə dair iddialar müzakirə edilib.

Oxu.Az xəbər verir ki, verilişin qonağı siyasi ekspert Faik Tanrıkulu və jurnalist, Yaxış Şərq məsələləri üzrə mütəxəssis Mete Sohtaoğlu olub.

Verilişdə açıqlama verən ekspert Faik Tanrıkulu xatırladıb ki, Əsma Əsəd uzun illərdir Britaniya vətəndaşıdır və yayılan iddialar əsassız deyil.

“Sual ortaya çıxır, uzun illər Suriyaya rəhbərlik etmiş Bəşər Əsəd həyat yoldaşının Britaniya kəşfiyyatı ilə əlaqələrindən xəbərsiz olub? Əgər xəbərdar olubsa, Əsəd özü bu münasibətlərdə ortaq olubmu? Bu suallar hələlik cavabsız qalır, amma ciddi şübhələr oyadır”, – deyə ekspert Faik Tanrıkulu vurğulayıb.

“Haber Global”da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More