Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2024-cü ildə 311 nəfər üzərində transplantasiya (orqanköçürmə) əməliyyatı icra edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.
Bildirilib ki, əməliyyatlardan 118-i böyrək, 77-si qaraciyər, 91-i gözün buynuz qişası, 32-si sümük iliyi üzrə olub.
Aləmdə Nəsib