Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün “Telegram” kanalında yazıb.

Erməni hökumət başçısının regionda uzunmüddətli sabitlik və sülhün qurulması üçün 10 addımdan ibarət siyahısını təqdim edirik:

– Qarşılıqlı olaraq eskalasiya yaradan nitqdən imtina;

– Sərhədlərin delimitasiyası prosesini davam etdirmək;

– Artıq 90% hazır olan sülh müqaviləsinin imzalanması;

– Atəşkəs rejiminin pozulmasının birgə araşdırılması mexanizminin tətbiqi;

– İtkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün əməkdaşlıq etmək;

– Qarşılıqlı iddialardan, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina etmək;

– Sülh müqaviləsinin bəndlərinin tam və səmərəli yerinə yetirilməsi istiqamətində işləmək;

– Silahlanma üzərində nəzarət mexanizmini yaratmaq;

– Sülh təsdiqləndikdən sonra birgə peşəkar ekspert komissiyası yaradaraq hər iki ölkədən yurdlarını tərk etmiş şəxslərlə bağlı məsələləri müzakirə etmək;

– ATƏT-in Minsk qrupunu buraxmaq.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More