Qəzadan xilas olan Məhəmməd: “Qız panikaya düşmüşdü, xahiş etdi ki, yerimizi dəyişək”

“Əsgərlikdən təzə gəlmişdim. Rusiyaya atamın yanına gedirdim. Ailəvi orada yaşayırıq, təhsilimi də orada alıram”.

Bunu AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Məhəmməd Papaxov deyib.

O, qəza baş verərkən sərnişinlərin panikaya düşdüyünü, ekipaj üzvlərinin isə peşəkarlıq göstərərək onları sakitləşdirə bildiklərini vurğulayıb:

“Bizə demişdilər ki, qəza enişi olacaq. Stüardessa hamını sakitləşdirib deyirdi ki, hər kəs yerində otursun, kəmərlərini bərkitsin. Qorxu, təşviş var idi. Düşəndən sonra gözlərimi bağladım, ora-bura dəydim, hər yerim əzildi. Pilotlar bacardıqları qədər yaxşı eniş etdilər. Təyyarəni başıaşağı buraxsaydılar, bəlkə də heç kim sağ çıxmazdı”.

“Mən 30-cu yerdə, düz qanadın üstündə oturmuşdum. 31-ci yerdə bir qız oturmuşdu, panikaya düşmüşdü. Xahiş etdi, yerimizi dəyişdik, 31-ci yerdə oturdum. Eşitdim ki, o da sağdır, xəstəxanadadır”, – deyə M.Papaxov bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Qəzadan xilas olan Məhəmməd: “Qız panikaya düşmüşdü, xahiş etdi ki, yerimizi dəyişək”







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More