Qrenlandiya müstəqilliyə doğru: Danimarka adanın ambisiyalarını tanıyır

Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen Qrenlandiyanın gələcək statusu ilə bağlı mühüm bəyanat verib. Onun sözlərinə görə, muxtar ərazi öz ambisiyalarına malikdir və sakinləri istəsə, müstəqil ola bilərlər. Bununla belə Rasmussen vurğulayıb ki, Qrenlandiya çətin ki, ABŞ-nin federal ştatına çevrilsin.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, Rasmussen ölkənin xarici siyasi böhran vəziyyətində olması fikrini rədd edib.

Danimarka XİN rəhbəri həmçinin qeyd edib ki, ABŞ-nin Arktika regionunda təhlükəsizliklə bağlı artan narahatlığı qanunidir. Bu, son illərdə Rusiya və Çinin bu regiondakı fəaliyyətinin güclənməsi ilə bağlıdır.

XİN rəhbəri vurğulayıb ki, Kopenhagen bu məsələdə əməkdaşlıq üçün ABŞ ilə dialoqa açıqdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More