Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə xəstəxanalarda dövlət tərəfindən təmin olunan tibbi avadanlıq və təchizatın olmasına baxmayaraq, avadanlıqların və ya dərmanların alınmasının xəstədən və ya xəstə yaxınlarından tələb olunması ilə bağlı şikayətlər dərc olunub.
Maraqlıdır ki, bu kimi şikayətlər hələ də davam edir.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Gülbahar Məmmədova da eyni şikayətlə müraciət edib. O bildirib ki, gecə saatlarında nəvəsinin səhhəti ilə bağlı müraciət etdiyi Respublika Klinik Xəstəxanasında belə bir vəziyyətlə üzləşib.
Gülbahar Məmmədovanın sözlərinə görə, tibbi personal uşağa iynə vurulmalı dərmanın olduğunu, lakin xəstəxanada həmin dərmanın tapılmadığını, buna görə də, tibbi müdaxilənin mümkün olmadığını bildirib.
Ətraflı süjetdə: