Zurabişvili özünə yeni iş tapdı

Gürcüstanda prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvili Arizona Dövlət Universitetinin Makkeyn İnstitutunda “Henri Kissincer 2025” tədqiqat proqramının iştirakçısı olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, o öz işinə görə təqaüd alacaq.

“Mən Kissincer Təqaüdünü almaqdan qürur duyuram ki, avtokratiyalar və demokratiyalar arasında mübarizə zamanı bizim Gürcüstanın bu mübarizəni təcəssüm etdirməsi çox vacibdir”, – deyə Zurabişvili bildirib.

Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, prezident sarayını tərk edib, lakin özünü Gürcüstan prezidenti hesab etməkdə davam edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More