55 yaşlı qadın 32 il sonra ana oldu

Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub.

Oxu.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, doğuş ötən il dekabrın 28-də qeydə alınıb. Masallı rayonundan olan qadın 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtdakı özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı yolu ilə körpəsini dünyaya gətirib.

Çəkisi 2 kq 690 qram olan oğlan uşağı dekabrın 30-da tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.

Süni tənəffüs aparatına qoşulan körpənin tənəffüsü bərpa olunub və bu gün evə buraxılıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More